Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qaxda “Heydər Əliyev məktəblilərin gözü ilə” adlı inşa müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

07 may 2026 | 17:54

Qax Rayon İcra Hakimiyyətinin, Heydər Əliyev Mərkəzinin və Azərbaycan Yazıçılar Birliyinin Şimal-qərb regional bölməsinin birgə təşkilatçılığı ilə şimal-qərb bölgəsinin X–XI sinif şagirdləri arasında keçirilən “Heydər Əliyev məktəblilərin gözü ilə” inşa-yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

          Mərasimində Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini Hafiz Pənahov, İqtisad Universiteti Zaqatala filialının direktoru Raqif Qasımov, Azərbaycan Yazıçılar Birliyinin Şimal-qərb regional bölməsinin sədri Əlmaniz Ələkbərli, Yeni Azərbaycan Partiyasının rayon təşkilatlarının sədrləri, ETİHİ-nin rayon (şəhər) Komitələrinin sədrləri, məktəb direktorları və qalib şagirdlər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Toplantının əvvəlində Dövlət Himni səsləndirilib, Ümummilli Liderin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev müsabiqənin qaliblərini təbrik edərək və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. RİH başçısı bildirib ki, müasir Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsi Azərbaycan dövlətçilik tarixində müstəsna yer tutur. Onun uzaqgörən və qətiyyətli siyasəti nəticəsində ölkəmizdə müasir, demokratik və dünyəvi dövlətin möhkəm təməli qoyulmuşdur. Milli maraqlara əsaslanan dövlət idarəçiliyi, elmin, təhsilin və mədəniyyətin inkişafı məhz Ulu Öndərin adı ilə bağlıdır. Bu gün əldə etdiyimiz uğurlar onun müəyyən etdiyi strateji kursun məntiqi davamıdır. Məhz Onun rəhbərliyi dövründə Azərbaycan öz geostrateji mövqeyindən, iqtisadi və mədəni potensialından səmərəli istifadə edərək qısa müddətdə beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanınmış və dünyanın dinamik inkişaf edən dövlətlərindən birinə çevrilmişdir.

Bu gün Prezident İlham Əliyev tərəfindən bu siyasi kurs uğurla davam etdirilir və Azərbaycan daha da güclənir, beynəlxalq arenada mövqelərini möhkəmləndirir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi qələbə Ulu Öndərin siyasətinin məntiqi davamıdır. Tarixi Zəfər qazandıqdan sonra işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri Böyük Qayıdış proqramının uğurla icra olunduğunu göstərir.

Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin zəngin mənəvi dünyası, yüksək liderlik keyfiyyətləri və dövlətçilik prinsiplərindən geniş bəhs edilib. Bildirilib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının milli kimliyinin qorunması, dövlət müstəqilliyinin möhkəmləndirilməsi və gələcək nəsillərə güclü dövlətin miras qoyulması istiqamətində misilsiz xidmətlər göstərib. Bu gün Azərbaycanın əldə etdiyi uğurlar məhz Ulu Öndərin müəyyən etdiyi strateji kursun nəticəsidir. Gənclər bu zəngin irsdən bəhrələnərək dövlətçilik ənənələrini yaşatmalı və inkişaf etdirməlidirlər.

Sonda müsabiqə qaliblərinə fəxri fərman və hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkilib.

Keçidlər