Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qaxda indiyədək 194 hektar sahəyə tütün şitilləri köçürülüb

24 may 2022 | 14:45

  Qax rayonunun təsərrüfatlarında tütün əkini davam edir. Fermerlər indiyədək 194,1 hektar  sahəyə tütün şitilləri köçürüblər.

  Builki mövsümdə Qax rayonunda 373 hektar sahədə tütün əkilməsi proqnozlaşdırılır. Tütünçü   fermerlərlə bağlanmış müqavilələrə əsasən, cari ildə Yaponiyanın “Tet İnternational  Development” şirkətinin törəmə müəssisəsi olan “Zaqatala AGRO Industry” MMC tərəfindən 224 hektar, “Azərtütün ASK” MMC (“Tabaterra Leaf” QSC) tərəfindən isə 149 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilməsi nəzərdə tutulur. İndiyədək “Azərtütün ASK” MMC tərəfindən 115.7 hektar, “Zaqatala AGRO Industry” MMC tərəfindən isə 84,8 hektar sahəyə tütün şitilləri köçürülüb.

Keçidlər