Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qaxda qanvermə aksiyası keçirilmişdir

07 iyun 2023 | 16:14

    7 iyun 2023-ci il tarixdə rayonda B.Eyvazov adına Elmi-Tədqiqat Hemetologiya və Transfiziologiya İnstitunun nəzdindəki Mərkəzi Qan Bankının səyyar həkim briqadası tərəfindən  növbəti qanvermə aksiyası keçirilmişdir.

    Rayon Mərkəzi  Xəstəxanasında  təşkil  edilən  aksiyada yerli idarə, müəssisə  və təşkilatların  kollektivləri, ictimaiyyatın  nümayəndələri  fəal iştirak  ediblər.

      Hər bir donorun sağlamlığı aksiyadan əvvəl yoxlanılıb.Müayinə nəticəsində  səhhəti  imkan  verən  şəxslərdən  qan  götürülüb.

    Toplanan qan laboratoriya  müayinəsindən keçirildikdən sonra  Mərkəzi  Qan Bankına təhvil veriləcək və irsi qan xəstəliklərindən əziyyət çəkən insanların   müalicəsində   istifadə    olunacaq.

 

Keçidlər