Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Ulu Öndərin ideyaları hər zaman inkişafımızın təməl daşı olaraq qalacaq

14 iyul 2022 | 09:23

    "Ümummilli lider Heydər Əliyevin taleyinə Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkənin siyasi, sosial-iqtisadi və mədəni intibahına nail olmaq missiyası düşüb. Ulu Öndər həm ötən əsrin 70-ci illərində, həm də 1993-cü ildən ömrünün sonunadək bu missiyanın öhdəsindən layiqincə gəlib".

     Bu fikir Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin 53-cü ildönümü münasibətilə iyulun 14-də Qax şəhərində keçirilən toplantıda səsləndirilib.

    Rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

    Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev Azərbaycanın dövlətçilik ənənələrinin bərpasının, respublikamızın iqtisadi qüdrətinin artmasının məhz Heydər Əliyevin Azərbaycanda ilk dəfə hakimiyyətə gəldiyi gündən – 1969-cu il iyulun 14-dən başlandığını diqqətə çatdırıb. Qeyd olunub ki, o zamandan başlayaraq Heydər Əliyev ideyaları həyatımızın başlıca gerçəkliyi, inkişafımızın təməl daşı olaraq qalmaqdadır. Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə hər zaman xalqını, Vətənini düşünüb, ürəyi  Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi üçün çırpınıb. Onun formalaşdırdığı azərbaycançılıq ideyası Azərbaycanın müasir dünyada xüsusi yerini müəyyən edib, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaradıb.

    Toplantıda çıxış edənlər Heydər Əliyevin zəngin həyat yolu və çoxsahəli fəaliyyətinin ən önəmli məqamlarına toxunub, Ulu Öndərin hakimiyyətdə olduğu hər iki dövrdə təhsilin, səhiyyənin, elmin, mədəniyyətin və digər sahələrin inkişafına verdiyi əvəzsiz töhfələrdən bəhs ediblər. Çıxışlarda Ümummilli Liderin siyasi xəttinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi xüsusi vurğulanıb.

 

Keçidlər