Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qaxda şəhid polkovnik-leytenant Sadiq Məmmədovun xatirəsi anılıb

24 iyun 2022 | 10:49

   Qırx dörd günlük Vətən müharibəsində canından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəman oğullardan biri də Qax şəhərindən olan polkovnik-leytenant Sadiq Məmmədovdur. İyunun 23-ü şəhidin doğum günüdür.

Şəhidin doğum günü ilə əlaqədar Qax Rayon İcra Hakimiyyətinin, YAP Qax rayon təşkilatının rəhbər şəxsləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsinin əməkdaşları, idarə, müəssisə və təşkilatların, şəhər ictimaiyyətinin nümayəndələri, şəhidin yaxınları, doğmaları Qax şəhərindəki Şəhidlər xiyabanına gələrək şəhid Sadiq Məmmədovun məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.

     Mərasimdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən danışıb, şəhid polkovnik-leytenantın qəhrəmanlığından söz açıb, şəhidlərin əziz xatirələrinin heç bir zaman unudulmayacağını vurğulayıblar.

    Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

    Sadiq Məmmədov 1981-ci il iyunun 23-də Qax şəhərində anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib, Xocavənd döyüşləri zamanı şəhid olub. Döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, həmçinin “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Ailəli idi, üç övladı yadigar qalıb.

 

Keçidlər