Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qaxda Vətən müharibəsi şəhidi Kənan Məmmədlinin xatirəsi anılıb

31 may 2022 | 14:52

   Qırx dörd günlük Vətən müharibəsində canından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəman oğullardan biri də Qax rayonunun Tasmalı kəndindən olan Kənan Məmmədlidir. Mayın 30-u şəhid Kənanın doğum günüdür.

   Şəhidin doğum günü ilə əlaqədar Qax Rayon İcra Hakimiyyətinin, YAP Qax rayon təşkilatının rəhbər şəxsləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax rayon bölməsinin əməkdaşları, kənd sakinləri, ailə üzvləri və yaxınları Kənanın kənd qəbiristanlığındakı məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildirib, ruhuna dualar oxuyublar.

  Anım mərasimində çıxış edənlər Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən, qəhrəman vətən oğullarının şücaətindən, eləcədə şəhid Kənan Məmmədlinin şərəfli döyüş yolundan danışıb, şəhidlərin əziz xatirələrinin heç bir zaman unudulmayacağını vurğulayıblar.

   Sonra mərasim iştirakçıları şəhidin ailəsini evində ziyarət edib, ailə üzvlərinə mənəvi dəstək olublar.

   Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Keçidlər