Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi məqsədilə təlim keçirilmişdir

11 fevral 2023 | 17:58

10 fevral 2023-cü il tarixdə Qəhvəyi mərmər bağacığına qarşı əhali arasında geniş maarifləndirmə işlərinin aparılması, mövcud qışlama ocaqlarının ləğv edilməsi məqsədilə 65 nəfər könüllünün, inzibati ərazi dairələri üzrə nümayəndələrin və bələdiyyə sədrlərinin iştirakı ilə rayon İcra Hakimiyyətinin akt zalında təlim keçirilmişdir. Təlimdə çıxış edən RİH başçısı Musa Şəkiliyev əhali ilə aparılacaq monitorinq və təbliğat işləri barədə ətraflı məlumat vermiş, hal-hazrıda zərərvericinin qışlama mərhələsində olduğunu nəzərə alaraq aşkar olunması ve məhv edilməsi istiqamətində görüləcək işləri onların nəzərinə çatdırmışdır. Sonra Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (Zərərsizləşdirmə) Mərkəzinin Qax rayon mərkəzinin rəisi Hikmət Hafizov tərəfindən könüllülərə Qəhvəyi mərmər bağacığı və qışlama dövründə evlərdə yaxud digər tikililərdə daha çox diqqət yetiriləsi ərazilər haqqında məlumat verilmiş, kəndlərdə monitorinqlərin keçirilməsi qaydası izah olunmuş və könüllüləri maraqlandıran suallar cavablandırılmışdır.

 

Keçidlər