Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qəhvəyi mərmər bağacığına qarşı mübarizə və müşahidə tədbirləri davam etdirilir

06 noyabr 2025 | 08:36

Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsinə dair Tədbirlər Planı”na əsasən qəhvəyi mərmər bağacığına qarşı mübarizə və müşahidə tədbirləri davam etdirilir.

Rayon əhalisi arasında geniş maarifləndirmə işlərinin aparılması, mövcud qışlama ocaqlarının ləğv edilməsi məqsədilə könüllülərin, inzibati ərazi dairələri üzrə nümayəndələrin və bələdiyyə sədrlərinin iştirakı ilə 05 noyabr 2025-ci il tarixdə rayon icra hakimiyyətinin və aidiyyatı qurumların səlahiyyətli nümayəndələrinin iştirakı ilə təlim keçirilmişdir. Təlimdə çıxış edən RİH başçısının birinci müavini Elbrus Tağıyev əhali arasında monitorinq və təbliğat işləri barədə ətraflı məlumat vermiş, hal-hazırda zərəvericinin qışlama mərhələsində olduğunun nəzərə alınaraq aşkar olunması və məhv edilməsi istiqamətində görüləcək işləri diqqətə çatdırmışdır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (Zərərsizləşdirmə) Mərkəzinin rəisi Ceyhun İbrahimov qəhvəyi mərmər bağacığının yayılma yolları, iqtisadi zərərləri və mübarizə tədbirləri haqda danışmış, zərərvericinin qışlama dövründə evlərə, yardımçı tikililərə və digər qapalı məkanlara toplanmasının qarşısını almaq üçün vaxtında mexaniki toplama və məhv etmə tədbirlərinin aparılmasının vacib olduğunu bildirmişdir. 

Təlimdə təqdimatla çıxış edən Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin rayon mərkəzinin rəisi Hikmət Hafizov da ötən dövr ərzində qəhvəyi mərmər bağacığına qarşı mübarizə məqsədilə rayonda görülmüş işlər, zərərvericinin morfo-bioloji əlamət və xüsusiyyətləri, onun qışlama dövrünü daha çox hansı yerlərdə keçirdiyi barədə məlumat vermiş, kəndlərdə monitorinqin aparılması qaydasını izah etmişdir. Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırmışdır.

Keçidlər