Qorağan kəndinin sakinləri ilə RİH başçısının növbəti səyyar görüşü keçirilmişdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Qorağan kəndində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu keçirilmişdir.
Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir.
Müraciətlər kəndin şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün münasib yerin ayrılmasına, mədəniyyət evinin köhnəlmiş binasının sökülərək ərazidən götürülməsinə, kəndin giriş hissəsinə asfalt örtüyünün çəkilməsinə, 70 ailənin məskunlaşdığı əraziyə qrafikə uyğun olaraq içməli suyun verilməsinə, aqrar islahat zamanı vətəndaşlara verilmiş bağ sahələrinin sənədləşməsinə, kənd sakininə məxsus torpaq sahəsinin zəbt olunan hissəsinin bərpa olunmasına, sənədləşmə işlərinin aparılmasına baxmayaraq vətəndaşa torpaq sahəsinin verilməsinə köməklik göstərilməsi ilə bağlı olmuşdur.
Qəbulda qaldırılan məsələlər nəzarətə götürülərək, onların həlli ilə bağlı rayonda fəaliyyət göstərən xidmət təşkilatlarına müvafiq tapşırıqlar verilmişdir.