Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qüdrətli və möhkəm dövlət olmadan müstəqilliyi əldə saxlamaq mümkünsüzdür

27 may 2024 | 17:28

28 May-Müstəqillik Günü Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da qeyd olunmuşdur.

         27 may 2024-cü il tarixdə rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə Müstəqillik günü ilə əlaqədar rayon tədbiri keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzmüş, xatirəsinə ehtiramlarını ifadə etmişlər. 

       Sonra YAP rayon təşkilatının inzibati binasında Rayon rəhbərliyi, YAP fəalları, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, ayrı-ayrı idarə, müəssisə və təşkilat kollektivlərinin nümayəndələri, ziyalılar, gənclər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilmişdir.

          Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlamış, Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz və suverənliyimiz uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev açaraq, Xalq Cümhuriyyətinin yarandığı dövrə qısa nəzər salmış, müstəqil Azərbaycan Respublikasının Cümhuriyyətin varisi olduğunu vurğulamışdır. Bildirmişdir ki, cəmi 23 ay fəaliyyət göstərmiş bu respublika Azərbaycanın dövlətçilik tarixinin qürurverici səhifəsidir. Yüz altı il əvvəl, 1918-ci il mayın 28-də Şərqdə ilk parlament respublikasının – Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə xalqımızın uzun illər arzusunda olduğu milli müstəqillik və azadlıq ideyaları reallaşıb. Xalq Cümhuriyyəti dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib. Zəngin tarixi keçmişə malik Azərbaycan xalqı azad, müstəqil dövlət uğrunda uzun və mücadilələrlə dolu bir yol keçib. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ölkəmizin çoxəsrlik tarixi, sosial-iqtisadi və mədəni inkişafının XX əsrin əvvəlində başlanmış milli azadlıq mübarizəsinin məntiqi nəticəsi idi.

Qeyd etmişdir ki, Azərbaycan xalqı yeni əsrə və yeni min illiyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir. İndi ümummilli lider Heydər Əliyevin  ruhu şaddır. Çünki dünyaşöhrətli siyasətçinin axıra çatdıra bilmədiyi taleyüklü planları Azərbaycan xalqının köməyi və dəstəyi ilə onun layiqli davamçısı İlham Əliyev həqiqətən də başa çatdıra bildi. Ulu öndərin illər öncə xalqa müraсiətində yer alan məqamlar, verilən vədlər gerçəkliyə çevrildi. Bugün Qarabağda və Şərqi Zəngəzurda Azərbaycan bayrağı dalğalanır. Bir vaxtlar öz el-obasından didərgin salınan, evləri talan olunan, dağıdılan məcburi köçkünlər indi doğma rayon və kəndlərinə, tamamilə yenidən tikilən evlərinə qayıdışın xoşbəxtliyini yaşayırlar.

Sonra rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova “28 May – Müstəqillik Günüdür” mövzusunda məruzə ilə çıxış edərək bildirmişdir ki,  Azərbaycan xalqı azadlıq, müstəqillik uğrunda illərlə mübarizə aparmış, bu yolda minlərlə şəhid vermişdir. Müstəqil dövlət olmaq, müstəqil dövlətdə yaşamaq səadətdir. Qüdrətli və möhkəm dövlət olmadan müstəqilliyi əldə saxlamaq mümkünsüzdür. Tariximiz azadlıq, müstəqillik uğrunda çətin və şərəfli mübarizələrlə zəngindir. Azərbaycan Demokratik Cümhuriyyətinin qısa zaman kəsiyində həyata keçirdiyi tədbirlər xalqımızın tarixində dərin iz buraxdı. Milliyyətindən, siyasi mənsubiyyətindən və dini etiqadından asılı olmayaraq bütün vətəndaşlara hüquq verilməsi, dövlət sərhədlərinin müəyyən edilməsi, dövlətçilik atributlarının qəbulu, ana dilimizin dövlət dili elan olunması, bununla yanaşı, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə və hərbi quruculuq sahəsində atılmış addımlar Azərbaycanin gələcək müstəqilliyi üçün zəmin yaratdı. Diqqətə çatdırmışdır ki, Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan Respublikasında müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi məhz ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan özünün əsl müstəqilliyini məhz ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışından sonra əldə etdi.  Onu da vurğulamışdır ki, bugün müstəqilliyimiz Ulu öndərin layiqli davamçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmlənib. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan qarşıya qoyduğu bir çox məqsədlərə nail olub. Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbə qazanıb, işğal altında olan torpaqlarımız düşməndən azad olunub. Qarabağın tacı, döyünən ürəyi Şuşanın fəthi tariximizə Zəfər Günü kimi yazılıb.

         Çıxış edənlər 28 May-Müstəqillik Gününün Azərbaycan tarixində önəmli rol oynadığını vurğulamış, Müstəqilliyimizin sarsılmaz və əbədi olduğunu bir daha diqqətə çatdırmışlar.

 

 

 

Keçidlər