Qum kəndində sakinlərlə növbəti səyyar görüş keçirilmişdir.
Qum kəndində 23 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin səyyar qəbulu-görüşü keçirilmişdir.
Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir. Müraciətlər kəndin qazlaşdırmasına, içməli suyun tənzimlənməsi məsələsinin həll olunmasına, özünü məşğulluq proqramına cəlb olunması üçün müvafiq köməklik göstərilməsi ilə bağlı olmuşdur.
Qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumlara müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir. Sonda qazilərlə görüş keçirilmişdir.