Qum kəndinin sakinləri ilə RİH başçısının növbəti səyyar görüşü keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Qum kəndində 19 sentyabr 2023-cü il tarixində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin səyyar qəbulu-görüşü keçirilmişdir.
Rayonun aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir. Müraciətlər kənddə qaz çəkilişinin tezləşdirilməsinə, elektrik xətlərinin yenilənməsinə, futbol meydançasının salınmasına, ara küçələrin təmirinə, ehtiyacı olan kənd sakinlərinin odun yanacağı ilə təmin olunmasına, kəndin ərazisində olan çayın çirkləndirilməsinin qarşısının alınması üçün müvafiq tədbirin görülməsinə köməklik göstərilməsi ilə bağlı olmuşdur.
Qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir.