Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

“Radikal dini cərəyanların mahiyyəti və gənclərə psixioloji təsir üsulları” mövzusunda toplantı keçirilib

02 may 2024 | 17:58

May ayının 02-də  Qax rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin   birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində  “Radikal dini cərəyanların mahiyyəti və gənclərə psixioloji təsir üsulları”  mövzusunda toplantı keçirilib.

Tədbirdə Qax rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri  İlqar Vəliyev, rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən “Dini işlər üzrə komissiya”nın üzvləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, ziyalılar, gənclər, yeniyetmələr, din xadimləri, dini icma rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. 

Toplantıda mövzunun aktuallığından bəhs olunub. Çıxışlar zamanı dini fanatizmin, radikalizmin və ekstremizmin mahiyyəti, yaratdığı fəsadlar barədə tədbir iştirakçılarına geniş məlumat verilib. Həmçinin, cəmiyyət arasında radikalizm və ekstremizmin təbliğ olunması istiqamətində fəaliyyət göstərən xüsusi dini qruplaşmalara, qeyri-ənənəvi dini cərəyanlara qarşı qətiyyətli mübarizənin aparılmasının vacibliyi vurğulanıb. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətinin, bu gün də öz aktuallığını qoruduğu və ölkəmizin tolerant, multikultural dəyərlərlə zəngin bir ölkə olmasında öz töhvəsini verdiyi qeyd olunub. Dini radikalizmə və ekstremizmə qarşı mübarizədə bu qəbildən olan tədbirlərin çox böyük maarifləndirici rolunun olduğu diqqətə çatdırılıb.

Çıxışlar yekunlaşdıqdan sonra  tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

Keçidlər