Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Ramazan bayramınız mübarək olun

02 may 2022 | 10:47

Bəşər övladını xeyirxahlığa, birliyə, mənəvi kamilliyə dəvət edən, öz mahiyyəti ilə insanların ruhunu təzələyən Ramazan ayı dünya müsəlmanlarının ən əziz ayıdır. Ramazan günlərində mömin vətəndaşlarımız Uca Yaradan qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək, mənəvi zənginliyin üstünlüyünü yaşamaq fürsəti qazanırlar.
Ramazanın fəzilətləri barədə müqəddəs Kitabımız “Qurani-Kərim”də Uca Rəbbimiz buyurur: “Ramazan ayı insanlara doğru yol göstərən, doğru yolu və haqqı batildən ayırmağı açıq-aşkar dəlillərlə bəyan edən Quranın nazil olduğu aydır. Sizdən hər kim o aya yetişsə oruc tutsun.”
   Mənəviyyat və əxlaqın zənginləşməsinə vəsilə olan oruc ibadəti insanın daxili saflığına, pis vərdişlərdən uzaq durmasına, Allah yolun¬da xeyirxah işlər görməsinə, fiziki və mənəvi cəhətdən sağlamlığına səbəb olur. Orucluq ibadəti yardımlaşmanı artıran, daxili dəyanəti gücləndirən İlahi qüvvəyə malikdir. Mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində iftar süfrələri açmaq, yardım və xeyriyyəçilik etmək, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində köməklik göstərmək Allah nəzərində bəyənilən əməllərdəndir. Valideynlərin qayğısı¬na qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elmlə, ibadətlə məşğul olmaq bu ayda böyük savabdır.
    Tarix boyu vətənimiz Azərbaycan da İslam sivilizasiyasının tərkib hissəsi kimi bəşəriyyətin mədəni irsinə öz töhfələrini verib, böyük alimlər və mütəfəkkirlər yetişdirib. İslam və onun mahiyyətindən irəli gələn sülhpərvərlik, dözümlülük, bərabərlik, qardaşlıq və bu kimi dəyərlər ölkəmizdə tolerantlıq mühitinin, cəmiyyətdə vəhdət və harmoniyanın yaranmasında, multikulturalizm və humanizm ideyalarının bərqərar olmasında müstəsna rol oynayıb.
Qədim və zəngin milli-mənəvi dəyərlər sisteminə malik olan Azərbaycan xalqı bu dəyərləri sədaqətlə qorumuş, əsrlərlə yaşatmış və inkişaf etdirmişdir.
Hər kəsə məlumdur ki, Azərbaycan tarixən çoxmillətli, tolerant və ayrı-ayrı dinlərin nümayəndələrinin sülh şəraitində, dinc və yanaşı yaşayıb fəaliyyət göstərdiyi bir ərazi olub. Tarix boyu bu məkanda istər islam, istər xristian, istərsə də yəhudi icmasının nümayəndələri mehriban şəraitdə yaşayıblar. Bu birgə yaşayışı və mehribanlığı bu gün də görmək mümkündür. Məhz bu zəngin ənənənin qorunub saxlanılması dövlət-din münasibətlərinin yüksələn xətlə inkişafına təkan verir.
Milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması keçmişdə olduğu kimi, bu gün də öz aktuallığını qoruyub saxlayır. Çünki milli-mənəvi dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri ilə yanaşı, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu var.
Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, mədəniyyətinin inkişafına, adət-ənənələrinin zənginləşdirilməsinə çalışmışdır. Ulu Öndər gənclərimizi xalqımızın milli-mənəvi dəyərləri, əxlaq prinsipləri əsasında tərbiyə etməyi tövsiyə edirdi.
Heydər Əliyev gənclərimizin milli-mənəvi dəyərlər əsasında tərbiyələndirilməsindən bəhs edərək demişdir: "Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik”.
  Təməlini Heydər Əliyevin qoyduğu dövlət-din münasibətləri bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə Azərbaycanda milli-mənəvi dəyərlərimizin qorunması, islam dininə hörmət və ehtiramın güclənməsi, başqa dinlərə qarşı dözümlülüyün daha da möhkəmləndirilməsi sahəsində də böyük işlər görülüb. Dövlət başçısı islam mədəniyyəti ilə bağlı tarixi-memarlıq abidələrinin, məscid və ziyarətgahların, müqəddəs dini ibadət və inanc yerlərinin təmiri və bərpası ilə bağlı bir sıra sərəncam və fərmanlar imzalayıb. Ölkəmizdə mövcud olan digər dinlərin nümayəndələri də dövlət başçısının diqqət və qayğısından kənarda qalmırlar. Dövlətin tolerantlıq prinsiplərinə yanaşmasını dini konfessiyalara, müxtəlif dinlərin nümayəndələrinə münasibətində, din sahəsini ehtiva edən qanunvericilik bazasının möhkəmləndirilməsində də açıq şəkildə görmək mümkündür. Əminliklə deyə bilərik ki, Azərbaycan bugün dünyada multikultiralizm və tolerantlıq mərkəzi kimi tanınır.
   Hər il olduğu kimi bu il də cənab Prezident İlham Əliyev müqəddəs Ramazan bayramı münasibətilə Azərbaycan xalqına öz təbriklərini çatdırdı. Tarixən Azərbaycan cəmiyyətində vəhdətin, həmrəyliyin və nümunəvi tolerantlıq mühitinin bərqərar olmasında İslam dininin əhəmiyyətli rol oynadığını bildirən ölkə başçısı milli-mənəvi dəyərlərinə hər zaman dərin bağlılıq nümayiş etdirən xalqımızın öz adət-ənənələrini, dini ayin və mərasimlərini bu gün də layiqincə qoruyub saxladığını, o cümlədən Ramazan bayramını hər il xüsusi təntənə ilə qeyd etdiyini bildirdi.
   Həmçinin dini abidələrin qorunub saxlanılması və bərpası sahəsində Heydər Əliyev fondunun gördüyü işlər də danılmazdır. Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi ilk gündən Azərbaycanda müxtəlif sahələri əhatə edən layihə və proqramlar həyata keçirir. Fondun tarixi, mədəniyyət və dini abidələrin qorunub saxlanılması və bərpası istiqamətindəki fəaliyyəti hər kəsdə qürur doğurur. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə artıq Şuşa şəhərində və Ağdam rayonunda dağıntılara məruz qalmış dini ibadət yerlərinin bərpası üzrə müvafiq işlərə artıq başlanılmışdır. Bir zamanlar ermənilərin vəhşicəsinə dağıtdığı, tövləyə çevirdiyi müqəddəs dini məkanlarımız yenidən dirçələcək və bütün Qarabağ ərazisindəki məscidlərimizdə azan səsləri eşidiləcək, dualar oxunacaqdır!
    Otuz ilə yaxın bir zamanda xalqımızın Ramazanda etdiyi duaların fövqündə “Qarabağ azad olunsun!” arzusu səslənirdi. Nə gözəl ki, artıq ikinci ildir Ramazan ayına qalib xalq, Vətən və şəhadət eşqi sayəsində 30 illik işğala son qoymuş millət kimi qədəm qoyuruq. Qarabağa zəfər yürüşünün əzmlə sona çatması Rəhman və Rəhim olan Allahın lütfü və tarixi ədalətin bərpası oldu.
    Haqq işi uğrunda mübarizədə qazandığımız şanlı Zəfərlə azad edilmiş dədə-baba yurdlarımızda həyat yenidən dirçəldilir, tarixi-mədəni irsimiz, ibadət yerlərimiz bərpa olunur, məscidlərimizdən azan sədaları yüksəlir.
    Azərbaycan xalqı Qarabağ zəfərini də Ramazan ayının fəzilətlərindən olan ədalətin zülm üzərində qələbəsi kimi dəyərləndirir, şəhidlərimizin və qazilərimizin qəhrəmanlıqlarını təqdir edir.
    Xalqımız Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatını qurban vermiş qəhrəman şəhidlərimizin ölməz xatirəsini bu mübarək bayram günlərində bir daha ehtiramla yad edir, onlara Allahdan rəhmət, ailələrinə səbir, qazilərimizə cansağlığı diləyir.
    On bir ayın sultanı Ramazan ayını şükranlıq duyğuları və könül xoşluğu ilə yola salırıq. Orucluğun başa çatdığı gün Ramazan –Fitr bayramı adlanır. Həmin gün bütün müsəlmanlar bir-birini təbrik edir, vəfat edənlərin məzarları ziyarət olunur, ruhlarına dualar oxunur. Rama¬zan insanlara öz iradələrini, dözümlülüyünü yoxlamaq imkanı verir, onları paklığa, xeyirxah¬lığa dəvət edir.
    Bu bayramda ölkəmizin hər yerində olduğu kimi rayonumuzda da xalqımı¬zın əmin-amanlığı üçün dualar edilir, şəhidlərimizin xatirəsi ehtiramla yad olunur.
    Rayon rəhbərliyi Ramazan bayramı münasibəti ilə rayon sakinlərini təbrik edir, onlara əmin-amanlıq, xoşbəxtlik və rifah arzulayır.
    Bayramınız mübarək olsun!
    Uca Yaradan öz mərhəmətini xalqımızdan əsirgəməsin. Allahın nəzərləri daim ölkəmizin üstündə olsun. Amin!

 

Keçidlər