Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Ramazanov Fərid Ömər oğlu

02 noyabr 2026 | 12:13
Sabahın xeyir, #Qax!
Ramazanov Fərid Ömər oğlu 23 dekbr 1991- ci ildə Qax rayonunun Qum kəndində anadan olub.1998-2009-cu illərdə Z. Müslümov adına Qum kənd orta məкtəbində təhsil alıb.
Fərid Ramazanov 2010-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan bir müddət sonra Silahlı Qüvvələrin TTM-də gizir hazırlıq təlimlərini bitirib. "Gizir" hərbi rütbəsi aldıqdan sonra isə hərbi xidmətinə davam edib. 2018-ci ilin yanvarından Azərbaycan Silahlı Qüvvələri "N" saylı hərbi hissəsində Taqım Komandirinin müavini vəzifəsində çalışıb.
Azərbaycan Ordusunun giziri olan Fərid Ramazanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fərid Ramazanov oktyabrın 9-da Suqovuşan döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikaının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni və 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" , 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. 11 oktyabr 2020- ci ildə Qum kəndində dəfn olunub. Ailəli olub, bir övladı yadigar qalıb.Allah şəhidlərimizə rəhmət eləsin.
Keçidlər