Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonda “2 fevral – Gənclər günü” qeyd olunmuşdur

31 yanvar 2025 | 16:19

31 yanvar 2025-ci il tarixdə Heydər Əliyev Mərkəzində rayon rəhbərliyinin, hüquq mühafizə orqanlarının rəhbərlərinin, YAP rəhbərliyinin və fəallarının, qazilərin, idmançıların, rayon gənclərinin iştirakı ilə 2 fevral- Gənclər Gününə həsr olunmuş “Müstəqil və Suverən dövlətin gəncləri” mövzusunda toplantı keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzərək, əziz xatirəsinə ehtiramlarını ifadə etdilər.

 Tədbiri giriş sözü ilə açan  rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev gəncləri təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulamışdır. Ulu öndər Heydər Əliyevin Azərbaycan gəncliyinin inkişafı üçün misilsiz xidmətlərindən geniş söhbət açan RİH başçısı bildirdi ki, dövlət gənclər siyasəti Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən başlayaraq həmişə prioritet istiqamətlərdən biri olmuşdur. Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrlərdə Azərbaycanda yüzlərlə yeni tədris ocaqları, hərbi məktəblər açılmış, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almış, müasir ixtisaslara yiyələnmişdir. 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyevin diqqət yetirdiyi mühüm istiqamətlərdən biri də gənclərlə iş olmuşdur. Ümummilli Lider Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. O vaxtdan etibarən həmin gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanılıb.

Əsası Ulu Öndər tərəfindən qoyulan dövlət gənclər siyasəti bu gün onun layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.

Bu gün gənclərimiz ölkə həyatının bütün sahələrində fəal iştirak etməklə mühüm proseslərə öz töhfələrini verirlər. Azərbaycançılıq məfkurəsi ruhunda tərbiyə almış bu nəsil dövlətimizin ictimai-siyasi, iqtisadi və mədəni inkişafında mühüm rol oynayaraq ildən-ilə potensialının gerçəkləşdirilməsi üçün daha geniş imkanlar əldə edirlər. Azərbaycanda həyata keçirilən gənclər siyasəti gənc nəslin inkişafı, bilik və bacarıqlarını realizə etmələri üçün şərait yaratmaqla yanaşı, həm də onları vətənpərvər ruhda formalaşdırıb. 44 günlük Vətən müharibəsində düşmən tapdağında olan torpaqlarımızın azad olunması uğrundakı döyüşlərdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altinda əldə olunan tarixi qələbəmiz  bir daha sübut etdi ki, mübariz Azərbaycan gəncliyi Vətənimizi qorumağa və bu yolda can verməyə daim hazırdır. Bu gün ölkəsini sevən, Vətəninə sonsuz sevgi ilə bağlı olan  hər bir gənc ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində rəhbər tutmağa, Azərbaycan gəncliyinin lideri olan möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında müstəqilliyimizin əbədi yaşaması uğrunda mübarizə aparmağa hər an  hazırdır.

Tədbirdə çıxış edənlər ölkədə həyata keçirilən dövlət-gənclər siyasəti ilə bağlı prioritetlərdən və Azərbaycan gəncliyinin uğurlu gələcəyindən söz açmışlar.

Sonra tədbir konsert proqramı ilə davam etmişdir.    

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən gənclər rayon İcra Hakimiyyəti və Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin rayon üzrə gənclər və idman sektoru tərəfindən Fəxri Fərman və hədiyyələrlə təltif olunmuşlar.

     

 

Keçidlər