Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonda ağacəkmə aksiyası keçirilmişdir

19 mart 2023 | 19:27

18 mart 2023-cü il tarixdə Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Qax rayonunda keçirilən tədbirlərin davamı olaraq Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Qax –Şəki avtomobil yolunun ətrafında ağacəkmə aksiyası keçirilmişdir.

Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin, rayonun hüquq mühafizə orqanlarının rəhbərlərinin, idarə, müəssisə və ictimaiyyətin nümayəndələrinin, habelə YAP fəallarının iştirakı ilə baş tutan aksiyada sərv və ipək akasiyası ağac növlərindən ibarət ümumilikdə 180 ədəd ağac əkilmişdir.

 

Keçidlər