Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonda Akademik, görkəmli oftalmoloq-alim, Zərifə Əliyevanın anadan olmasının 101 illiyi qeyd edilmişdir

26 aprel 2024 | 16:59

Akademik, görkəmli oftalmoloq-alim, Zərifə Əliyevanın anadan olmasının 101 illiyi münasibətilə 26 aprel 2024-cü il tarixdə Heydər Əliyev Mərkəzində rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə dəyirmi masa keçirilmişdir.

 Rayon rəhbərliyi, YAP fəalları, səhiyyə, təhsil, mədəniyyət işçiləri, ziyalılar və gənclərin iştirakı ilə keçən dəyirmi masada öncə ümummilli lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tədbiri giriş sözü ilə açan RİH başçısının birinci müavini Elbrus Tağıyev qeyd edib ki, ölkəmizdə tibb elminin inkişafında xüsusi xidmətlər göstərmiş görkəmli oftalmoloq alim Zərifə Əliyevanın çoxcəhətli elmi və tibbi fəaliyyəti təkcə öz dövrü üçün deyil, bu günümüz üçün də mühüm əhəmiyyət kəsb edir. Görkəmli alim Zərifə Əliyeva öz elmi fəaliyyətində oftalmologiyanın ən çətin sahələri üzrə tədqiqatlar aparmış və əhəmiyyətli uğurlar qazanmışdır. O dövrdə Azərbaycanda geniş yayılmış gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan Traxoma infeksion xəstəliyinin sosial xəstəlik kimi ləğv olunması məhz Zərifə xanımın adı ilə bağlıdır. Zərifə xanımın həmin dövr üçün yeni sahələr olan tibbi etika və deontologiyaya dair tədqiqatlarının təkcə tibbə deyil, bütövlükdə cəmiyyətdə insanlar arasında münasibətlərə həsr edildiyini vurğulayan E.Tağıyev Sovet dövrünün bu sahə üzrə mütəxəssisləri tərəfindən də Zərifə Əliyevanın apardığı tədqiqatların yüksək qiymətləndirildiyini bildirib. Görkəmli alimin gözün zədələnməsinin öyrənilməsi və profilaktikası sahəsində bir sıra orijinal kəşflərinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.Averbax adına mükafatına layiq görüldüyü də vurğulanıb. Diqqətə çatdırılıb ki, eyni zamanda Zərifə xanımın simasında nəcib Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazı cəmlənib. Yüksək intellekt və mədəniyyət, dərin bilik, insanpərvərlik, Vətənə məhəbbət və xeyirxahlıq kimi keyfiyyətlər Zərifə xanımın portretini tamamlayan əsas cizgilərdir.

    Sonra rayonun Heydər Əliyev Mərkəzinin direktor əvəzi Arzu Dunusovanın   “Zərifə Əliyeva - zəriflik və mənəvi paklıq timsalı”  mövzusunda məruzəsi dinlənilib.  Tədbirdə çıxış edən YAP Qax rayon Təşkilatının sədri Natiq Allahverdiyev, Şəhər 2 nömrəli məktəb-liseyin direktoru Aybəniz Məmmədova, rayon Mərkəzi Xəstəxanası “Publik Hüquqi Şəxs” in həkim-stomatoloqu Zərifə Heydərova və rayon Mərkəzləşdirilmiş Kitabxana sisteminin direktoru Güllü Əhmədova da akademik Zərifə Əliyevanın mənalı ömür yolundan, tibb elminin, xüsusilə də onun az inkişaf etmiş oftalmologiya sahəsinin inkişafındakı xidmətlərindən danışıblar. Xüsusi olaraq vurğulayıblar ki, Zərifə Əliyeva yorulmaz fəaliyyəti ilə insanlara daim nur bəxş edib, gözlərə işıq verib. O, insanlarla ünsiyyət qurmağı, hər kəsin qəlbinə yol tapmağı bacarırdı. Zərifə xanım insanın mənəvi keyfiyyətlərinə yüksək qiymət verirdi, ünsiyyətdə olduğu hər bir kəsin qayğıları ilə maraqlanırdı.

     Tədbirin sonunda akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən bəhs edən videolent nümayiş etdirilib.

Keçidlər