Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonda anım mərasimləri keçirilmişdir.

14 noyabr 2022 | 16:59

    Rayonda torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalan igid oğullarımızın doğum və anım günlərində xatirələrinin anılması, ailələrinin ziyarət olunması artıq ənənə halını almışdır.

    Bu günlərdə  Musayev Sahib  Musa oğlu,  Hacıəhmədli Hacıəhməd Həsən oğlu və Səfərov Əfəndi Cahangir oğlunun anım günlərində xatirələri  yad edilib.

   Anım mərasimlərində rayon rəhbərliyi, YAP Qax rayon təşkilatının rəhbər şəxsləri, hüquq-mühafizə orqanları və ictimaiyyətin nümayəndələri   iştirak etmişlər. Şəhidlərin məzarları üzərinə gül dəstələri düzülmüş, ruhlarına dualar oxunmuş, xatirələri ehtiramla yad edilmişdir. Anım mərasimlərində şəhidlərin döyüşlərdəki şücaətlərindən, onların şərəfli döyüş yollarından söz açılmışdır.

   Ərazi bütövlüyümüzün bərpa olunması uğrunda canından keçmiş bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyirik.

 

Keçidlər