Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonda aqrar sığortanın üstünlükləri ilə bağlı görüş keçirilib

28 iyun 2024 | 22:31

Aqrar Sığorta Fondu əkin sahələri və heyvandarlıq təsərrüfatlarının sığortalanması sahəsində maarifləndirmə tədbirlərini davam etdirir. “Dayanıqlı fermer fəaliyyəti üçün aqrar sığorta” mövzusunda keçirilən növbəti tədbir rayonumuzda Aqrar Sığorta Fondu və rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək bildirib ki, aqrar sığorta qeyri-kommersiya məqsədilə yaradılıb, cənab Prezidentin və Azərbaycan dövlətinin kənd təsərrüfatı istehsalçılarına göstərilən diqqətin və qayğının təzahürüdür. Aqrar sığorta fermerlər tərəfindən davamlı istehsalın təmin edilməsi, onların maraqlarının qorunması və fəaliyyətlərinin stimullaşdırılması məqsədini daşıyır.

Görüşdə Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov bildirib ki, aqrar sığorta dövlətin fermerlər üçün güzəştli şərtlərlə tətbiq etdiyi mühüm dəstək alətidir. Hazırda aqrar sığorta ilə kənd təsərrüfatı heyvanlarını və bitkiçilik təsərrüfatlarını sığorta etmək olar. Aqrar sığorta vasitəsilə təsərrüfatları dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, sel və subasma, leysan, ildırım, şaxtavurma (donvurma), normadan artıq yağan qar, üçüncü şəxslərin hərəkətləri, eləcə də bitki xəstəlikləri və zərərvericilərdən sığorta etmək mümkündür. Görüşdə fermerlərə dəstək məqsədilə sığorta haqqının 50 faizinin dövlət tərəfindən ödənildiyi diqqətə çatdırılıb.

           Həmçinin tədbirdə aqrar sığorta vasitəsilə əkin sahələri və heyvanların sığortalanması, hadisə baş verərkən ödəniş prosesinin detalları ilə bağlı təqdimatla geniş məlumat verilib.

            Müzakirələr zamanı fermerlər aqrar sığorta ilə bağlı sual və təkliflərini səsləndiriblər.

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri hər bir fermerin müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərlə bağlı ətraflı izah və məlumat verib. Həmin məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun qısa müddətdə həll edilməsi üçün İdarə Heyətinin sədri tərəfindən müvafiq tapşırıqlar verilib.

      Görüşdən sonra Aqrar Sığorta Fondunun sədri Fuad Sadıqov  rayonun Güllük kəndində zərər çəkmiş təsərrüfatlara baxış keçirib. Fond rəhbərliyi təsərrüfat sahiblərinə və fermerlərə öz əkinlərini sığortalamağı və dövlət dəstəyindən faydalanmağı tövsiyə edib.

 

Keçidlər