Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonda Azərbaycan əlifbası və Azərbaycan dili günü qeyd olunub

11 avqust 2023 | 17:26

   “Heydər Əliyev İli” çərçivəsində “1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü” münasibətilə rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan dili” adlı dəyirmi masa keçirilib.

   Tədbirdə Rayon rəhbərliyinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, Yeni Azərbaycan Partiyası fəallarının və rayon ictimaiyətinin nümayəndələri iştirak ediblər.

   YAP rayon Təşkilatının iclas zalında baş tutan tədbirdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

   Tədbiri giriş sözü ilə açan RİH başçısı Musa Şəkiliyev bildirib ki, Azərbaycan dili xalqımızın milli sərvətidir və millətimiz tarix durduqca bu sərvətin qayğısına qalmalı və dilimizi gələcək nəsillərə ötürməlidir. Həmçinin vurğulayıb ki, Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarından biri olduğunu təsdiqləyir: “Lakin dilimizin yaxın keçmişdə ciddi sınaqlarla üzləşdiyini də unutmaq olmaz. Azərbaycan dilinin hərtərəfli inkişafı, onun dövlət dili kimi tanınması və beynəlxalq kürsülərdən eşidilməsi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Təqdirəlayiq haldır ki, Ümummilli liderin ideyalarını layiqincə yerinə yetirən ölkə başçımız İlham Əliyev də doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır”.

    Daha sonra Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə qeyd olunub ki, ölkəmizdə Ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması, ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.

   Çağdaş Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin ideya və əməllərinin sadiq davamçısı Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyəti dövründə də ana dilinin dövlət dili statusu qorunmuş və onun inkişafı yüksək səviyyədə təmin edilmişdir. Həmçinin, məruzədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dilimizin inkişafı istiqamətində gördüyü işlər öz əksini tapmışdır.

   Tədbirdə çıxış edənlər bildiriblər ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra dilimizin daha geniş işlənməsi və nüfuzunun artması üçün şərait yarandı. Qeyd olundu ki, milli kimliyimizin pasportu olan ana dilimizi qorumaq hər birimizin vətəndaşlıq borcumuzdur.

 

Keçidlər