Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonda “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasına həsr olunmuş tədbir keçirilmişdir.

06 dekabr 2022 | 12:53

5 dekabr 2022-ci il tarixdə rayonun Heydər Əliyev Mərkəzində Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyi, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və rayon İcra Hakimiyyətinin təşkilatı dəstəyi ilə "Gender Əsaslı Zorakılığa Qarşı 16 Günlük Fəallıq Kampaniyası"  adlı layihə çərçivəsində  Tədbirlər Planına əsasən  ictimai müzakirə  keçirilmişdir. Tədbirdə rayon rəhbərliyi, gender əsaslı məsələlər üzrə ekspertlər, hüquqşünaslar, media işçiləri, ziyalılar, psixoloqlar, təhsil işçiləri, yeniyetmə və gənclər   iştirak etmişdir.  

İctimai müzakirənin keçirilməsində  əsas məqsəd   qadınlara və qızlara qarşı zorakılığın qarşısının alınması və insan hüquqları mexanizmlərini cəmiyyətə aşılamaqdan ibarətdir. Layihə çərçivəsində fəal icmalar, müəllimlər və regional nümayəndələrin dəstəyi ilə infosessiyalar, maarifləndirici seminarlar və təqdimatlar keçirilmişdir.

 

Keçidlər