Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyi qeyd olundu.

28 aprel 2023 | 18:31

   Rayonda görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyi münasibəti ilə 28 aprel 2023-cü il tarixdə Rayon Mərkəzi Xəstəxanası  “Publik Hüquqi  Şəxs” in iclas zalında Rayon İcra Hakimiyyətinin, YAP Qax rayon Təşkilatının və Rayon Mərkəzi Xəstəxanası  “Publik Hüquqi  Şəxs” in birgə təşkilatçılığı ilə “Cəmiyyətə  işıq  bəxş  edən alim  ömrü”  mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

    Konfransda rayon rəhbərliyi, YAP Qax rayon Təşkilatının və RMX ”Publik Hüquqi  Şəxs” -in  rəhbərləri,  tibb işçiləri, ictimaiyyət nümayəndələri iştirak edib.

    Tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

    Tədbiri giriş sözü ilə açan RİH başçısı Musa Şəkiliyev görkəmli oftalmoloq-alimin 100 illik yubileyinin qeyd edilməsi ilə əlaqədar cənab Prezident İlham Əliyevin ötən ilin noyabrında imzaladığı Sərəncamın akademik Zərifə Əliyevanın tibb sahəsində xidmətlərinə, elmi irsinə dövlət səviyyəsində verilən yüksək qiymət olduğunu bildirdi. O qeyd etdi ki, Zərifə Əliyevanın çoxcəhətli elmi və tibbi fəaliyyəti təkcə öz dövrü üçün deyil, bu gün üçün də mühüm əhəmiyyət kəsb edir. Ölkəmizdə XX əsrin birinci yarısına qədər daha çox terapiya və cərrahiyyə sahələrinin inkişaf etdiyini vurğulayan M.Şəkiliyev Zərifə Əliyevanın xidmətləri sayəsində XX əsrin ikinci yarısından başlayaraq Azərbaycanda oftalmologiya elminin və göz xəstəlikləri tədqiqatlarının inkişaf edən sahələrdən birinə çevrildiyini qeyd edib.

    Sonra “RMX   Publik Hüquqi  şəxs”in direktoru Tərlan  Əhmədzadənin   “Cəmiyyətə  işıq  bəxş  edən alim  ömrü”  mövzusunda məruzəsi dinlənilib. Qeyd olunub ki,  görkəmli alim Zərifə Əliyeva öz elmi fəaliyyətində oftalmologiyanın ən çətin və az müraciət olunan sahələri üzrə tədqiqatlar aparmış və əhəmiyyətli uğurlar qazanıb. Zərifə xanımın həmin dövr üçün yeni sahələr olan tibbi etika və deontologiyaya dair tədqiqatları təkcə tibbə deyil, bütövlükdə cəmiyyətdə insanlar arasında münasibətlərə həsr edilib. Sovet dövrünün bu sahə üzrə mütəxəssisləri də Zərifə Əliyevanın bu sahədə apardığı tədqiqatları yüksək qiymətləndiriblər. Görkəmli alimin gözün zədələnməsinin öyrənilməsi və profilaktikası sahəsində bir sıra orijinal kəşflərinə görə tibb elminin Nobel mükafatı adlandırılan SSRİ Tibb Elmləri Akademiyasının akademik M.Averbax adına mükafatına layiq görüldüyünü də vurğulanıb. Diqqətə çatdırılıb ki, eyni zamanda Zərifə xanımın simasında nəcib Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazı cəmlənib. Yüksək intellekt və mədəniyyət, dərin bilik, insanpərvərlik, Vətənə məhəbbət və xeyirxahlıq kimi keyfiyyətlər Zərifə xanımın portretini tamamlayan əsas cizgilərdir.

     Tədbirdə çıxış edən YAP Qax rayon Təşkilatının sədri N.Allahverdiyev, RMX “Publik Hüquqi Şəxs” in baş həkimi Vahid Məsimov və həkim-stomatoloq Zərifə Heydərova da akademik Zərifə Əliyevanın mənalı ömür yolundan, tibb elminin, xüsusilə də onun az inkişaf etmiş oftalmologiya sahəsinin inkişafındakı xidmətlərindən danışıblar. Xüsusi olaraq vurğuladılar ki, Zərifə Əliyeva yorulmaz fəaliyyəti ilə insanlara daim nur bəxş edib, gözlərə işıq verib. O, insanlarla ünsiyyət qurmağı, hər kəsin qəlbinə yol tapmağı bacarırdı. Zərifə xanım insanın mənəvi keyfiyyətlərinə yüksək qiymət verirdi, ünsiyyətdə olduğu hər bir kəsin qayğıları ilə maraqlanırdı.

     Tədbirin sonunda akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən bəhs edən videolent nümayiş etdirilmiş,  YAP-ın sıralarına yeni üzv olmuş gənclərə vəsiqələr təqdim edilmişdir.

Keçidlər