Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonda həftə ərzində şəhidlərin anım mərasimləri keçirilmişdir

17 noyabr 2022 | 17:43

  Rayonda şəhidlik zirvəsinə ucalan igid oğullarımızın doğum və anım günlərində xatirələrinin anılması, ailələrinin ziyarət olunması  ənənə halını almışdır.

  Bu həftə ərzində də şəhid Allahverdiyev İskəndər Nəsir oğlunun, Şabanov Kamran Elşən oğlunun, Tağızadə Bəhruz Azər oğlunun, Hacızadə Hacı Rafiq oğlunun, Məhərrəmov Şamo Mətləb oğlunun anım günlərində xatirələri  yad edilib.

  Anım mərasimlərində rayon rəhbərliyi, hüquq-mühafizə orqanları, YAP Qax rayon təşkilatının və digər idarə təşkilatların  rəhbər şəxsləri, ictimaiyyətin nümayəndələri  iştirak etmişlər. Şəhidlərin məzarları üzərinə gül dəstələri düzülmüş, ruhlarına dualar oxunmuş, xatirələri ehtiramla yad edilmişdir. Anım mərasimlərində şəhidlərin döyüşlərdəki şücaətlərindən, onların şərəfli döyüş yollarından söz açılmışdır.

  Ərazi bütövlüyümüzün bərpa olunması uğrunda canından keçmiş bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyirik.

 

Keçidlər