Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonda “Heydər Əliyev İli” çərçivəsində ümumrayon iməciliyi keçirilib.

15 aprel 2023 | 12:24

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi və Ümummilli Liderin anadan olmasının 100 illiyi ilə əlaqədar respublikamızın hər yerində olduğu kimi, Qax rayonunda da silsilə tədbirlər davam etdirilir.

“Heydər Əliyev İli” çərçivəsində Tədbirlər Planına uyğun olaraq aprelin 15-də, Qax şəhəri ərazisində və rayonun kənd inzibati ərazi vahidlərində  ümumrayon iməciliyi keçirilib.

Qax rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  keçirilən iməcilik ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin yaşıllaşdırma ənənələri irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etmək məqsədi daşıyıb.

Ümumrayon iməciliyində idarə, müəssisə və təşkilat kollektivləri, YAP fəalları və  sakinlər böyük həvəslə, fəal iştirak ediblər. Müxtəlif ərazilərdə və yol kənarlarında təmizlik işləri aparılıb, yol kənarları alaq otlarından təmizlənib, yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib. Müxtəlif məişət, polietilen və digər tullantılar ərazidən yığışdırılıb, səliqə-sahman yaradılıb.

 

 

Keçidlər