Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonda “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda elmi-praktiki konfrans keçirilib

07 aprel 2023 | 17:21

   Heydər Əliyev ili çərçivəsində rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş tədbirlər planına əsasən rayon İcra Hakimiyyətinin və rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə 6 aprel 2023-cü il tarixdə rayonun Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.

   Rayonun təhsil işçilərinin və ziyalıların iştirak etdiyi tədbirdə əvvəlcə Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tədbiri giriş sözü ilə açan RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova Prezident İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamına əsasən, 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edildiyini və bununla əlaqədar rayonda silsilə tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, tariximizin yetirdiyi ən böyük şəxsiyyətlərdən olan Heydər Əliyev təkcə Azərbaycan xalqının deyil, bütün dünya xalqlarının və bəşəriyyətin tarixinə daxil olub. Ümummilli Liderin 30 ildən artıq Azərbaycana rəhbərliyi dövründə ölkəmizin inkişafı və qüdrətlənməsi naminə gördüyü tarixi xidmətlər xalqımız tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanlı olmağı ilə həmişə fəxr edən bu böyük şəxsiyyətin keçdiyi şərəfli ömür yolu, xalqının yolunda göstərdiyi misilsiz xidmətlər müasirlərimiz, eləcə də gələcək nəsillər üçün əsl örnəkdir.

    Ulu öndərin birinci və ikinci hakimiyyət illərində təhsil sahəsinə göstərdiyi diqqəti xüsusi vurğulayan V. Heydərova ölkədə hazırlanan və həyata keçirilən strateji təhsil xəttinin milli tərəqqimizin həqiqi, güclü amilə çevrilməsinə xidmət etdiyini, bu sahədə hazırlanan geniş islahatlar proqramının təhsili uğura apardığını qeyd etdi. Bu uğurların ilhamverici qüvvəsi və qarantı məhz Heydər Əliyev idi. Qeyd etdi ki, Ulu öndərin miras qoyduğu bu ənənələr bu gün ölkə başçısı cənab İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının sərəncamı ilə təsdiq edilmiş dövlət proqramlarına əsasən müasir tələblərə uyğun dərsliklərin və dərs vəsaitlərinin müasir tipli tədris proqramlarına uyğun hazırlanması, müəllimlərin davamlı olaraq əmək haqqlarının qaldırılması, ucqar kəndlərdə çalışan müəllimlərə əlavə kompensasiyaların verilməsi, xaricdə təhsil dövlət proqramının hazırlanması, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakıda və regionlarda yeni məktəblər, uşaq bağçaları, uşaq evlərinin tikilməsi, təmiri və bərpası, müasir avadanlıqlarla təchiz edilməsi Azərbaycanın gələcəyinin təmin edilməsi kimi çətin və şərəfli bir vəzifəyə xidmət edir.

    Tədbirdə çıxış edənlər Azərbaycanda aparılan təhsil siyasətinin uğurlarından, Ümummilli liderin təhsil sahəsindəki əvəzsiz xidmətlərindən bəhs etmişlər.

   Tədbirin sonunda rayonun Vətən müharibəsində iştirak etmiş, o cümlədən təhsil sahəsində uzun müddət çalışmış və fərqlənmiş təhsil işçilərinə “Qəhrəman təhsil işçiləri” kitabı və qiymətli hədiyyələr təqdim edilmişdir.

 

Keçidlər