Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonda “Müharibə iştirakçılarının sosial vəziyyətinə dair ümumi qiymətləndirmə” layihəsi çərçivəsində müharibə iştirakçıları və qazilərlə görüş keçirilib

23 may 2023 | 17:35

   “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə dövlətin həyata keçirdiyi sosial siyasətə dəstək olmaq məqsədi ilə həyata keçirdiyi “Müharibə iştirakçılarının sosial vəziyyətinə dair ümumi qiymətləndirmə” adlı layihəsi çərçivəsində may ayının 23-də rayonumuzda görüş keçirib.

   Tədbirdə RİH başçısının müavini- İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova, Vətən müharibəsi və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Malik Həmzəyev, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, YAP Qax Rayon təşkilatının sədri Natiq Allahverdiyev, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Qax rayon şöbəsinin sədri Soltan Camalov, I və II Qarabağ müharibəsi, aprel döyüşləri iştirakçıları iştirak edib.

   Tədbiri giriş sözü ilə RİH başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova açaraq tədbir iştirakçılarını salamlayıb və Vətənimizin azadlığı uğrunda canından keçən vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

   Vurğulanıb ki, 2020-ci il sentyabrın 27- də başlanan Vətən müharibəsində ölkə prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasəti, xalqımızın qətiyyəti və rəşadətli Azərbaycan Ordusunun göstərdiyi igidlik sayəsində 44 gün ərzində 30 illik düşmən tapdağındakı torpaq həsrətinə son qoyulub. Cənab Ali baş komandan Prezident İlham Əliyevin bilavasitə diqqəti və qayğısı sayəsində bu gün hər bir şəhid ailəsi, müharibə veteranı bu qayğını bilavasitə öz üzərində hiss edir. Ölkəmizin ərazi bütövlüyü, eyni zamanda torpaqlarımızın azad olunmasında qəhrəmanlıq göstərmiş şəxslərə və onların ailə üzvlərinə xüsusi diqqət, qayğı ilə yanaşılır, onlar üçün qanunvericilikdə nəzərdə tutulmuş imtiyaz və müavinətlərin icrası təmin olunur, bu istiqamətdə yeni sosial dəstək proqramları həyata keçirilir. Vətən müharibəsindən sonrakı bərpa tədbirləri ilə yanaşı, hərbi əməliyyatlardan zərərçəkmiş insanlara, xüsusən də şəhid ailələrinə, qazilərə hərtərəfli qayğı Azərbaycan dövlətinin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Bu sahədə həyata keçirilən tədbirlər rayonumuzda sistemli və ardıcıl xarakter daşıyır, bu məqsədlə bir sıra tədbirlər həyata keçirilir.

   Sonra Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov çıxışında Şəhid ailələrinin, müharibə əlillərinin, Birinci və İkinci Qarabağ müharibəsi veteranlarının sosial rifahının yaxşılaşdırılması, onlara göstərilən hərtərəfli qayğıdan söz açmışdır. Vurğulamışdır ki, bu məsələdə vətəndaş cəmiyyəti institutları da aktiv olmalı, öz imkanları daxilində dövlətin şəhid ailələri, veteranlarla bağlı siyasətinə dəstək verməlidir.

   Tədbirin sonunda müharibə veteranlarının və qazilərin sosial problemləri, təklifləri dinlənilib.

 

Keçidlər