Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonda qan vermə aksiyası keçirilib.

03 avqust 2022 | 11:09

    2 avqust 2022-ci il tarixdə rayonda B.Eyvazov adına Elmi-Tədqiqat Hemetologiya və Transfiziologiya İnstitunun nəzdindəki Mərkəzi Qan Bankının səyyar həkim briqadası tərəfindən  növbəti qanvermə aksiyası keçirilmişdir.

  Rayon Mərkəzi Xəstəxanasında təşkil edilən aksiyada yerli idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyatın nümayəndələri  fəal iştirak ediblər.

     Hər bir donorun sağlamlığı aksiyadan əvvəl yoxlanılıb. Müayinə nəticəsində səhhəti imkan verən şəxslərdən qan götürülüb.

     Toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra Mərkəzi Qan Bankına təhvil veriləcək və irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.

 

Keçidlər