Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonda qanvermə aksiyası keçirilib

12 sentyabr 2025 | 11:56

11 sentyabr 2025-ci il tarixdə rayonda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Qan Bankı” Publik Hüquqi Şəxs tərəfindən növbəti qanvermə aksiyası keçirilmişdir.

      Rayon Mərkəzi  Xəstəxanasında  təşkil  edilən  aksiyada rayon sakinləri könüllü olaraq  fəal iştirak  ediblər.

      Hər bir donorun sağlamlığı aksiyadan əvvəl yoxlanılıb. Müayinə nəticəsində  səhhəti  imkan  verən  şəxslərdən  qan  götürülüb.

      Toplanan qan laboratoriya  müayinəsindən keçirildikdən sonra  Mərkəzi  Qan Bankına təhvil verilərək irsi qan xəstəliklərindən əziyyət çəkən insanların   müalicəsində   istifadə    olunacaq.

Keçidlər