Rayonda qanvermə aksiyası keçirilmişdir
03 may 2024 | 16:19
3 may 2024-cü il tarixdə rayonda B.Eyvazov adına Elmi-Tədqiqat Hemetologiya və Transfiziologiya İnstitunun nəzdindəki Mərkəzi Qan Bankının səyyar həkim briqadası tərəfindən növbəti qanvermə aksiyası keçirilmişdir.
Rayon Mərkəzi Xəstəxanasında təşkil edilən aksiyada rayon sakinləri fəal iştirak ediblər.
Hər bir donorun sağlamlığı aksiyadan əvvəl yoxlanılıb.Müayinə nəticəsində səhhəti imkan verən şəxslərdən qan götürülüb.
Toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra Mərkəzi Qan Bankına təhvil veriləcək və irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.