Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonda qəhvəyi mərmər bağacığına qarşı monitorinqlər və mübarizə tədbirləri davam etdirilir

03 fevral 2026 | 17:52
Qəhvəyi mərmər bağacığının rayon ərazisində yayılmasının qarşısının alınması, mövcud yayılma ocaqlarının ləğv edilməsi, fitosanitar sabitliyin həyata keçirilməsi məqsədilə sakinlər, təsərrüfat sahibləri üçün geniş maarifləndirmə işlərinin aparılması və aidiyyəti dövlət qurumları ilə birlikdə müvafiq mübarizə tədbirlərinin görülməsi istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Bu məqsədlə inzibati ərazi dairələri üzrə nümayəndələrin və bələdiyyə sədrlərinin iştirakı ilə keçirilən RİH başçısı yanında aparatyanı iclaslarında məsələ müzakirə olunur. Həmçinin həftə ərzində RİH başçısının kəndlərdə vətəndaşlarla keçirilmiş səyyar qəbulu zamanı qəhvəyi mərmər bağacığına qarşı kənd sakinlərinin maarifləndirilməsi təmin edilir.
Qışlama fazasında olan bağacıqların fərdlərinin aşkarlanması və mexaniki üsulla məhv edilməsi məqsədilə aidiyyəti dövlət qurumları arasında bölgü əsasında Qax Rayon İcra Hakimiyyətinə ayrılmış 9 yaşayış məntəqəsi üzrə (Qarabaldır, Çüdüllü, Marsan, Fıstıqlı, Şotavar, Almalı, Tanqıt, Baydarlı, Qaradolaq) könüllülər cəlb edilməklə mobil dəstələr yaradılmış və həmin dəstələr tərəfindən 2025-ci ilin dekabr və 2026-cı ilin yanvar ayı ərzində aparılmış monitorinqlər zamanı rayonun 9 yaşayış məntəqəsində 627 evə baxış keçirilmiş, 474 evdə 141780 ədəd qəhvəyi mərmər bağacığı aşkar olunaraq məhv edilmişdir. Həmçinin Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqtala Regional bölməsinin, Kənd Təsərrüfatı və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qrumlarının təşkilatçılığı ilə rayonun Tasmalı, Qorağan, Əlibəyli, Lələpaşa, Lələli, Qıdırğa kəndlərində də yaşayış evlərinə, inzibati binalara baxış keçirilmişdir.
Zərərvericinin populyasiyasının azalması üçün yalnız dövlət qurumlarının deyil, vətəndaşların da fəal iştirakı vacibdir: Bağacığın qışladığı dövrdə ev sahibləri dövlət qurumları ilə birlikdə mexaniki mübarizə tədbirlərini davam etdirməlidirlər. Hər bir vətəndaş öz həyətyanı sahəsində, evində, çardağında və yardımçı tikililərdə bağacıqları aşkarlayıb məhv etməlidir. Qışlama dövründə aparılan mexaniki mübarizə tədbirləri kimyəvi üsullardan daha təhlükəsiz və ekoloji cəhətdən üstün hesab edilir. Buna görə də hər bir ev sahibi öz payına düşən məsuliyyəti yerinə yetirməlidir.
Keçidlər