Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonda qızlar və qadınlar arasında şahmat turnirinə start verilib

14 iyul 2022 | 12:13

İyulun 14-də Qax Olimpiya İdman Kompleksində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), Azərbaycan Şahmat Federasiyası və “Nəfəs” İnsanlığa Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə qızlar və qadınlar arasında “Beynəlxalq şahmat günü”nə həsr olunan şahmat turnirinə start verilib.

    Tədbirin əvvəlində ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Turnirin açılış mərasimində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev ölkəmizdə şahmatın inkişafına göstərilən yüksək dövlət qayğısından danışıb, yarış iştirakçılarına uğurlar arzulayıb.

    Beynəlxalq qrossmeyster Zeynəb Məmmədyarova çıxışında şahmat turnirinin Qaxda keçirilməsinin heç də təsadüfi olmadığını, bu diyarın güclü şahmat ənənələrinin olduğunu, Qaxın Aynur Sofiyeva, Pərvanə İsmayılova, Xanım Balacayeva kimi tanınmış şahmatçılar yetişdirdiyini diqqətə çatdırıb.

   AQUPDK sədrinin müavini, beynəlxalq qrossmeyster Aynur Sofiyeva bu kimi turnirlərin qızlar arasında intellektual oyuna marağın təşviqi, asudə vaxtın səmərəli təşkil edilməsi üçün önəmli olduğunu vurğulayıb.

    Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarından olan qızlar arasında keçirilən turnirdə, həmçinin beynəlxalq qrossmeysterlər Aynur Sofiyeva, Zeynəb Məmmədyarova və Türkan Məmmədyarova tərəfindən ustad dərslər də həyata keçirilib.

 

Keçidlər