Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonda şəhidin anım mərasimi keçirilmişdir.

06 dekabr 2022 | 18:27

   Düşmənin əkshücum əməliyyatlarının qarşısının alınması zamanı canından keçən igid oğullarımızdan biri də  Mollayev Abdulla Molla oğludur. A.Mollayev 2015-ci ilin  dekabrın altısında Tərtər rayonu istiqamətində gedən döyüş əməliyyatlarında şəhidlik zirvəsinə yüksəlmişdir. Bu gün Şəhidin anım mərasimi keçirilmişdir. Anım mərasimində rayon rəhbərliyi, Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının sədri, kənd ictimaiyyəti, məktəblilər şəhidin məzarını ziyarət etmiş, xatirəsini ehtiramla yad edərək  ruhuna dualar oxumuşlar.A.Mollayev 1988-ci ildə Qax rayonunun  Qaxbaş kəndində anadan olmuşdur. O, xidməti dövründə  Azərbaycan Silahlı Qüvvələrinin  90illiyi”, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi", “Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi", “medalları ilə, ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3cü dərəcəli, medalı ilə təltif  edilmişdir.
     Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər