Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonda Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib

25 iyun 2023 | 10:24

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan olunması ilə bağlı tədbirlər planı”nın icrası çərçivəsində rayonda “26 iyun – Silahlı Qüvvələr Günü”nə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda Ordu Quruculuğu” mövzusunda tədbir keçirilib.

Tədbirdə RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova , YAP rayon təşkilatının sədri Natiq Allahverdiyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xıdmətinin rəisi Elşən Əhmədov, RİH-in və SHXÇDX-nin rayon şöbəsinin əməkdaşları, şəhid ailələrinin üzvləri, qazilər və peşəkar hərbi mütəxəsislər və çağırışçı gənclər iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.

SHXÇDX-nin rayon şöbəsinin iclas zalında davam edən tədbir Azərbaycan Respubikasının dövlət himninin səsləndirilməsi, Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü naminə canından keçən şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova tədbir iştirakçılarını salamlayaraq bildirdi ki, müasir Azərbaycan dövlətinin qurtuluş və inkişaf dövrü xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın hərtərəfli inkişafına, qüdrətlənməsinə öz töhfəsini verərək, onun gələcəyinin inkişaf strategiyasını müəyyən edib. Bugün milli dövlətçiliyimizin qarantı olan Azərbaycan ordusunun qurucusu da məhz Heydər Əliyevdir. Qeyd etdi ki, Ulu öndərin orduya göstərdiyi diqqət nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin kəmiyyət və keyfiyyət baxımından komplektləşdirilməsi, peşəkarlıq səviyyəsinin yüksəldilməsi, maddi-texniki bazasının gücləndirilməsi, hərbçilərin maddi rifah halının ildən-ilə yaxşılaşdırılması, ordu hissələrinin ən müasir texnika və avadanlıqlarla təchiz edilməsi, eləcə də bu sahədə beynəlxalq təcrübənin mənimsənilməsi dövlət siyasətinin ən mühüm qollarından birinə çevrildi. Nizami ordu yaradıldı.

Həmçinin vurğuladı ki, Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Hərtərəfli güclənən, hərbi qüdrəti, döyüş qabiliyyəti artan Azərbaycan Ordusu böyük inkişaf yolu keçib. Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu, eləcə də milli təhlükəsizlik siyasəti ilə bağlı başladığı işlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bugün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır, texniki təchizat baxımından bir çox ölkələrin ordularını üstələyir.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Ermənistan silahlı birləşmələrinin təxribatlarına qarşı başlayan əks-hücum əməliyyatlarında - 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə düşmən işğalında olan tarixi torpaqlarımızı azad etdi. Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. İşğaldan azad olunmuş tarixi torpaqlarımızda bu gün üçrəngli bayrağımız əzəmətlə dalğalanır.

SHXÇDX-nin rayon şöbəsinin rəisi E.Əhmədov çıxış edərək qalib Azərbaycan ordusunun keçdiyi tarixi yoldan danışaraq, Ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident cənab İlham Əliyevin ordu quruculuğu ilə bağlı xidmətlərini vurğulayıb.

Daha sonra çıxış edənlər “26 iyun – Silahlı Qüvvələr Günü”nün dövlətimiz üçün əhəmiyyətindən danışaraq Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki əvəzsiz rolunu vurğulayıblar və xalqımıza qələbə sevincini yaşadan rəşadətli və müzəffər Azərbaycan Ordusunun əsgər və zabitlərinin xidmətlərini qiymətləndirərək orden və medallarla təltif edən Prezident cənab İlham Əliyevə göstərdiyi diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

Tədbirin sonunda rayonun Vətən müharibəsində iştirak etmiş, o cümlədən təhsil sahəsində uzun müddət çalışmış və fərqlənmiş gənclərin çağırışaqədərki hazırlığı rəhbərləri fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunmuşlar.

Keçidlər