Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonda tütün yığımına artıq start verilib

27 iyul 2026 | 17:09
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın icrası çərçivəsində tütün qəbul məntəqəsində olub, tütünün qəbulu prosesi və mövsüm ərzində görülən işlərlə yerində tanış olub.
Müəssisəyə baxış zamanı tütünün qəbulu, emalı, qurudulması və saxlanılması prosesi, istehsalın mövcud vəziyyəti, eləcə də məhsul istehsalının artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.
Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev qəbul edilmiş Dövlət Proqramının kənd təsərrüfatının inkişafı, emal sənayesinin genişləndirilməsi, ixrac potensialının artırılması və regionlarda məşğulluğun təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. Bildirib ki, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin ardıcıl icrası tütünçülüyün inkişafına, fermerlərin gəlirlərinin artırılmasına və bu sahənin iqtisadi səmərəliliyinin yüksəldilməsinə də mühüm töhfə verəcəkdir.
Qeyd edək ki, “TES Agro” MMC tərəfindən cari ildə 133 hektar sahədə tütün əkini aparılmış, müssisədə quraşdırılmış 27 ədəd tütünqurutma kameralarının hamısı işlək vəziyyətə gətirilmiş, mövsümə hazırlıq işləri tam başa çatdırılmışdır. Hazırda müəssisədə tütün məhsulunun qəbulu və çeşidlənməsi prosesi davam edir. Eyni zamanda əkin sahələrində aqrotexniki quluq tədbirləri həyata keçirilir.
2026-cı ildə rayonda tütünçülüklə məşğul olan fermerlər tərəfindən 486 hektar sahəyə ətirli “Virciniya”, 5 hektar sahəyə isə digər tütün növləri olmaqla cəmi 491 hektar sahədə tütün əkini aparılmışdır. Tütünçülər bu il də keçən ildəkindən daha çox məhsul götürmək üçün bütün aqrotexniki tədbirlərə ciddi əməl ediblər. Bir neçə gündür ki, təsərrüfatlarda tütün yığımına başlanılıb. Bu günədək fermerlər tərəfindən 250 tondan artıq yaş tütün kütləsi tədarük edilərək tütün istehsalı və emalı məntqələrinə təhvil verilmiş, bundan da 21 tona yaxın quru tütün əldə edilmişdir. Mövsüm ərzində rayon üzrə 850 tondan artıq quru tütün tədarükü gözlənilir. Tütün yığımı ilin sonunadək davam edəcəkdir.
Keçidlər