Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonda yüksək balla ali məktəblərə daxil olan gənclərlə görüş keçirilmişdir

11 sentyabr 2022 | 10:27

  Ali məktəblərə builki qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adını qazanan qaxlı gənclər rayon İcra Hakimiyyəti və Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə Qax rayon Təhsil Sektoru tərəfindən mükafatlandırılıblar.

  Bu il rayon üzrə ali məktəblərə sənəd vermiş 289 məzundan 211-i tələbə adını qazanıb. Qəbul imtahanlarında məzunlardan 23 nəfəri 500-700 bal arası, o cümlədən 4 nəfər 600 baldan yuxarı nəticə göstərib.

  İmtahanlarda Tofiq İsmayılov adına şəhər 5 nömrəli tam orta məktəbin məzunu Qasımzadə Səma rayon üzrə hamıdan çox – 638 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub. Marsan kənd tam orta məktəbin məzunu Əlili Zərifə 630 balla, həmçinin Qum kənd tam orta məktəbin məzunu Vəlicanov Murtuza 623 balla Bakı Ali Neft Məktəbinə, Qum kənd məktəbinin daha bir məzunu İsa Yusifov isə 621 balla Mühəndislik Universitetinə qəbul olunublar.

  Tədbirdə rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək ölkəmizdə təhsil sahəsinin inkişafına göstərilən yüksək dövlət qayğısından danışmış, gəncləri tələbə adı qazanmaları münasibətilə təbrik etmiş, onlara təhsildə uğurlar arzulamışdır. Tədbirdə çıxış edənlər ali məktəbə qəbul olunan gəncləri təbrik etmiş, onlara yeni dərs ilində müvəffəqiyyətlər arzulamışlar.

  Sonda ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan gənclərə hədiyyələr təqdim olunmuşdur.

 

Keçidlər