Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonda “Ziyalı nəsihəti” layihəsi çərçivəsində seminar keçirilib

20 iyun 2023 | 18:08

 

         İyunun 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonda şair, publisist, Azərbaycanın əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadənin rayon gəncləri ilə görüşü keçirilib.

          Seminarda Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov,  Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova və bir qrup gənc iştirak edib.

          Gənclərlə interaktiv şəkildə keçən müzakirələrdə milli-mənəvi dəyərlərimiz və onların təbliği barəsində geniş fikir mübadiləsi aparılmış, vətənpərlik, azərbaycançılıq, milli kimlik kimi ülvi dəyərlərin hər zaman diqqətdə saxlanılmalı olduğunun vacibliyi vurğulanmışdır.

Keçidlər