Rayonda“Konstitusiyaya sədaqət, kitaba hörmət” adlı kitab bayramı keçirilib.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Qax rayon C.Cabbarlı adına Mərkəzi Kitabxananın təşkilatçılığı ilə 19 may tarixində “Konstitusiyaya sədaqət, kitaba hörmət” adlı kitab bayramı keçirilib.
Tədbirdən əvvəl rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə “Heydər Əliyev-102”, “Zərifə Əliyeva”, “Konstitusiya və Suverenlik İli”, “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır”, “Əsrləri aşan kitablar”, “Suverenliyə yol açan gənclik”, “Mədəni irsimiz”, “Qaxlı yazarlar” v mövzularda kitab sərgilərinə baxış olub.
Tədbiri giriş sözü ilə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin Qax rayon üzrə nümayəndəsi Dilarə Əzizova açıb. Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Rayon icra hakimiyyəti başçısının müavini Vəfa Heydərova, Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Güllü Əhmədova ,rayon yazarları "Kürmük nəğmələri" ədəbi birliyinin sədri Abdulla Şahmir, Yazıçılar Birliyinin üzvü Solmaz Elqızı, şairə Sevinc Sabir qızı çıxış edərək bilik mənbəyi olan kitabın geniş təbliğ olunmasında belə tədbirlərin əhəmiyyətini vurğulayıblar.
Kitab bayramında uzun illər kitabxana sahəsində xidmətlərinə görə fərqlənən işçilərə təşəkkürnamə təqdim olunub.
Tədbirə rayon Mədəniyyət Mərkəzinin və İncəsənət Məktəbinin kollektivlərinin ifaları , o cümlədən rəqs kollektivlərinin çıxışları xüsusi rəng qatıb.
Kitab bayramında rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar ,təhsil və mədəniyyət işçiləri o cümlədən məktəblilər iştirak edib.