Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonun xristian əhalisi Milad bayramını qeyd edir

06 yanvar 2024 | 19:50

Dünyada nümunəvi tolerantlıq örnəyinə, zəngin multikultural dəyərlərə və dövlət-din münasibətləri modelinə malik olan Azərbaycanda, o cümlədən rayonumuzda ayrı-ayrı xalqların və konfessiyaların nümayəndələri yüz illərdir ki, mehriban qonşuluq, dostluq və qardaşlıq mühitində vahid ailə kimi yaşayırlar. Ölkəmizdə dövlət-din münasibətləri demokratik prinsiplərə və beynəlxalq hüquq normalarına uyğun olaraq tənzimlənmiş, vicdan azadlığı təmin olunmuşdur. 
         Ölkə rəhbərliyi tərəfindən həyata keçirilən siyasi strategiyanın prioritetindən biri də mill-mənəvi dəyərlərimizin qorunması və daha da inkişaf etdirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi, dini etiqad azadlığının təmin olunması, ölkəmizdə fəaliyyət göstərən dini qurumların nümayəndələri üçün bərabərhüquqlu şəraitin yaradılması və multikultiralizmin inkişafıdır. Müsəlman, xristian və yəhudi əhalisinin nümayəndələri arasındakı tolerant və dostluq münasibətləri Azərbaycan xalqının humanist mədəniyyəti üçün hər zaman xarakterik olub.

         Müasir dünyada sivilizasiyalararası və mədəniyyətlərarası dialoqa mühüm töhfələr verən Azərbaycanda  dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlar, o cümlədən pravoslav xristianlar da ölkədə gedən böyük quruculuq işlərində və respublikamızın sosial-mədəni həyatında fəal iştirak edirlər. Vətən Müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunmasında ölkəmizdə yaşayan digər millətlərin nümayəndələri, o cümlədən xristian həmvətənlərimizin də böyük xidmətləri olmuşdur. 
        Bu gün rayonumuzun dindarları, o cümlədən xristian əhalisi  öz dini etiqad və inanclarını, adət-ənənələrini, bayram və mərasimlərini azad və sərbəst şəkildə icra edirlər.      
         Hər il ölkəmizdə o cümlədən rayonumuzda provaslav-xristian icması tərəfindən ənənəvi keçirilən Milad bayramı yeniliyi, paklığı, mərhəmət və xeyirxahlıq kimi ülvi hissləri özündə təcəssüm etdirir.

        Rayon rəhbərliyi Milad bayramı münasibəti ilə rayonun bütün xristian əhalisini təbrik edir, onlara əmin-amanlıq, xoşbəxtlik və rifah arzulayır.
        Bayramınız mübarək olsun!

Keçidlər