Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonun xristian əhalisi pasxa bayramını qeyd edir

04 may 2022 | 10:38

  Zəngin multikultural dəyərlərə, tolerantlıq ənənələrinə və nümunəvi dövlət-din münasibətləri modelinə malik olan Azərbaycanda, o cümlədən rayonumuzda ayrı-ayrı xalqların və konfessiyaların nümayəndələri yüz illərdir ki, mehriban qonşuluq, dostluq və qardaşlıq mühitində vahid ailə kimi yaşayırlar. Bugün Cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin qorunub saxlanılması, qarşılıqlı hörmətə və etimada əsaslanan birgəyaşayış mədəniyyətinin təşviqi dövlət siyasətinin əsas prioritetlərindən biridir.
 Ölkəmizdə dövlət-din münasibətləri demokratik prinsiplərə və beynəlxalq hüquq normalarına uyğun olaraq tənzimlənmiş, vicdan azadlığı təmin olunmuşdur.
  Müasir dünyada sivilizasiyalararası və mədəniyyətlərarası dialoqa mühüm töhfələr verən Azərbaycanda  dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlar, o cümlədən pravoslav xristianlar da ölkədə gedən böyük quruculuq işlərində və respublikamızın sosial-mədəni həyatında fəal iştirak edirlər.
  Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunmasında xristian həmvətənlərimizin də böyük xidmətləri olmuşdur .
  Bu gün rayonumuzun dindarları, o cümlədən xristian əhalisi  öz dini etiqad və inanclarını, adət-ənənələrini, bayram və mərasimlərini azad və sərbəst şəkildə icra edirlər.
  Hər il rayonumuzda ənənəvi keçirilən Pasxa bayramı xeyirxahlığın, mərhəmət və şəfqət duyğularının ifadəsidir.
  Rayon rəhbərliyi Pasxa bayramı münasibəti ilə rayonun bütün xristian əhalisini təbrik edir, onlara əmin-amanlıq, xoşbəxtlik və rifah arzulayır.
  Bayramınız mübarək olsun!

Keçidlər