Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rəsulzadə Təbriz Əfrayim oğlu

22 dekabr 2025 | 09:41
Sabahın xeyir, #Qax!
 
Rəsulzadə Təbriz Əfrayim oğlu 05.02.1993-cü ildə Qax rayonunun Cəlayir kəndində anadan olmuşdur. Calayir kənd tam orta məktəbinin 9-cu sinfini 2008-ci ildə bitirmiş, həmin il Cəmşid Naxçıvanski adına Azərbaycan Ali Hərbi Liseyinə daxil olmuşdur. 2011-ci ildə həmin liseyi bitirmiş və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə daxil olmuşdur. 2015-ci ildə hərbi məktəbi bitirmiş və N saylı hərbi hissədə zabit kimi xidmətə başlamışdır. Vətən müharibəsində Tərtər isdiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Xidməti dövründə "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) " yubiley medalı və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur. 28.09.2020-ci ildə Qax rayonunun Cəlayir kəndində dəfn olunmuşdur. Subay idi.
Keçidlər