Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

RİH başçısının Ağyazı kəndində sakinlərlə növbəti səyyar görüşü keçirilmişdir.

15 noyabr 2022 | 18:10

      Ağyazı kəndində 15 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin səyyar qəbulu-görüşü keçirilmişdir.

     Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların  müraciətləri dinlənilmişdir. Müraciətlər kəndə qaz çəkilişinin tezləşdirilməsinə, odun yanacağının verilməsinə , pay torpaq sahəsi yararsız olduğu üçün əvəzində bələdiyyənin ehtiyat fondundan torpaq sahəsinin verilməsinə, kənd məktəbinin dam örtüyünün təmir olunmasına, xəstəliyi ilə əlaqədar dərman təchizatının yaxılaşdırılmasına və  ailə vəziyyətinin çətin olduğunu nəzərə alaraq evinin təmirinə köməklik göstərilməsi ilə bağlı olmuşdur.

      Qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq  tədbirlərin görüləcəyi bildirilmişdir. Sonda Vətən müharibəsi iştirakçıları  ilə görüş keçirilmişdir.

 

Keçidlər