RİH başçısının Almalı kəndinin sakinləri ilə səyyar görüşü keçirilmişdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Almalı kəndində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu-görüşü keçirilmişdir.
Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir.
Müraciətlər Almalı və Dəymədağlı kəndlərini birləşdirən yolun təmir olunmasına, kənddə yeni tibb məntəqəsi binasının tikilməsinə, məktəbin tavanının təmir olunmasına, uşaq bağçasına internet xəttinin çəkilməsinə, bağçaya elektrik su qızdırıcısının verilməsinə və ondan istifadə üçün binaya 3 fazalı elektrik xəttinin çəkilməsinə, kəndin küçələrindən birində əsas qaz xəttinin yola yaxın ərazidən kənara çəkilməsinə köməklik göstərilməsi ilə bağlı olmuşdur.
Qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir.