RİH başçısının Armudlu kəndinin sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir.
04 iyul 2024 | 15:31
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Armudlu kəndində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu-görüşü keçirilmişdir.
Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir.
Müraciətlər kəndin qəzalı elektrik dirəklərinin yenilənməsinə, qaz xəttinin çəkilməsinə, kəndə gələn içməli su xəttindəki problemin texnika vasitəsilə aradan qaldırılmasına köməklik göstərilməsi ilə bağlı olmuşdur.
Qəbulda vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.