Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

RİH başçısının Aşağı Malax kəndinin sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir.

15 avqust 2023 | 16:42

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Aşağı Malax kəndində 15 avqust  2023-cü il tarixində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin səyyar qəbulu-görüşü keçirilmişdir.

Rayonun aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir. Müraciətlər kəndə qaz xəttinin çəkilməsinə, mobil şəbəkənin yaxşılaşdırılması məqsədilə telekommunikasiya qurğusunun quraşdırılmasına, tibb məntəqəsinin təmir olunmasına, elektrik enerjisinin təchizatının yaxşılaşdırılmasına köməklik göstərilməsi ilə bağlı olmuşdur.

Qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq  tədbirlərin görüləcəyi bildirilmişdir. 

 

Keçidlər