Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

RİH başçısının Baydarlı kəndində sakinlərlə növbəti səyyar görüşü keçirilmişdir.

06 dekabr 2022 | 18:24

    Baydarlı kəndində 6 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin səyyar qəbulu-görüşü keçirilmişdir.

     Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların  müraciətləri dinlənilmişdir. Müraciətlər kənddə bağ sahələrinin sənədləşməsinə, qəzalı elektrik dirəklərinin dəyişdirilməsinə, qaz xətdinin çəkilişinə, yolun təmir olunmasına, atılmış məişət tullantıları üçün yerin ayrılmasına köməklik göstərilməsi ilə bağlı olmuşdur.

      Qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq  tədbirlərin görüləcəyi bildirilmişdir.

 

Keçidlər