Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

RİH başçısının Baydarlı kəndinin sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir.

20 dekabr 2023 | 10:35

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Baydarlı kəndində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu-görüşü keçirilmişdir.

Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir.

Müraciətlər kəndin giriş hissəsindəki yolda yaranmış çalaların təmir olunmasına, kəndə qaz xəttinin çəkilməsinə, kəndin 15 təsərrüfatının olduğu əraziyə internet xəttinin çəkilməsinə, aqrar islahat dövründə vətəndaşa verilmiş pay torpaq sahəsinin kəsr olan hissəsinin bərpa olunmasına, Vətən müharibəsi iştirakçısına şəhər ərazisində torpaq sahəsinin verilməsinə köməklik göstərilməsi ilə bağlı olmuşdur.

Qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir.

 

Keçidlər