Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

RİH başçısının Böyük Alatəmir kəndində sakinlərlə növbəti səyyar görüşü keçirilmişdir.

21 dekabr 2022 | 17:41

     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq  Böyük Alatəmir   kəndində 21 dekabr 2022-ci il tarixində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin səyyar qəbulu-görüşü keçirilmişdir.

     Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların  müraciətləri dinlənilmişdir. Müraciətlər kənd küçələrinin işıqlanmasına, fərdi yaşayış evinə qaz xəttinin çəkilişinə, vətəndaşların mülkiyyətində olan bağ sahələrinin sənədləşməsinə,  kənd klubuna elektrik enerjisinin verilişində yaranan problemin həll olunmasına   köməklik göstərilməsi ilə bağlı olmuşdur.

      Qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq  tədbirlərin görüləcəyi bildirilmişdir. Sonda Vətən  müharibəsi veteranları və onların ailə üzvləri  ilə görüş keçirilmişdir.

 

Keçidlər