RİH başçısının Cəlayer kəndinin sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Cəlayer kəndində 14 fevral 2023-ci il tarixində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin səyyar qəbulu-görüşü keçirilmişdir.
Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir. Müraciətlər kənddə suvarma kanalının beton örtüklə üzlənməsinə, elektrik xətlərinin taramlaşdırılmasına, transformator yarımstansiyasının təmir olunmasına, içməli su probleminin həll olunmasına, pay torpaq sahəsinin kəsir olan hissəsinin bələdiyyənin ehtiyat fonduna verilməsinə köməklik göstərilməsi ilə bağlı olmuşdur.
Qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir.