Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

RİH başçısının Cəlayir kəndinin sakinləri ilə səyyar görüşü keçirilmişdir

22 yanvar 2024 | 16:05

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Cəlayir kəndində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu-görüşü keçirilmişdir.

Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir.

Müraciətlər kəndin Qarabulaq ərazisində Əyriçayın üzərindəki körpünün təmir olunmasına, 24 təsərrüfatın olduğu ərazidə içməli su probleminin həllinə, Suvarma kanalının üzərinə şlüzlərin qoyulmasına, qeydiyyat nişanı olmayan nəqliyyat vasitələrinin kənddaxilində istifadəsinə icazə verilməsinə, əkin sahələrində olan gəmiricilərə qarşı dərman pereparatlarının verilməsinə, kənddə məişət tullantıları atılan ərazinin təmizlənməsi üçün texnika verilməsinə, kənd sakininin işlə təmin olunmasına köməklik göstərilməsi ilə bağlı olmuşdur.

Qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir.

 

Keçidlər